Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

27.04.2018 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. Seminarı institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov acdı. Çıxış nitqindən sonra o sözü institutun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın kiçik elmi işçisi  Gülnar Ismayılovaya verdi. G.İsmayılova Türkiyə Respublikasında “Buğda bitkisinin seleksiyası və xəstəlikləri” mövzusunda keçirilən təlim kursu üzrə geniş və maraqlı təqdimatla çıxış etdi. Seminar iştirakcılarından “Bitki fiziologiyası və biotexnologiya” laboratoriyasının aparıcı elmi işçisi b.e.d., dosent Allahverdiyev Tofiq, “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d.  Abbasov Bəhlul, “Bitki seleksiyası” şöbəsinin  elmi işçisi Məmmədova Həlimə və b. məruzəçiyə sual və təkliflərlə müraciət etdilər. Elmi müzakirələr aparıldı. Gənc elmi işçinin təqdimatı seminar iştirakçıları və institutun direktoru Cavanşir Təlai tərəfindən çox bəyənildi və o bildirdi ki, perspektivli gənc kadırların elmə maraq göstərməsi və müasir dövrün tələblərinə cavab verməsi onun gələcəyə daima nikbin baxmasına səbəb olur. C.Təlai bir daha  xatırlatdı ki, gənc alimlərə həmişə dəstək olmağa hazırdir. Seminar işini müvəffəqiyyətlə  başa vurdu.

 

 

 

© 2020 Əkinçilik ETİ