Xəbərlər

Əkinçilik Elmi - Tədqiqat İnstitutunun əməkdaşı İCARDA-nın təşkil etdiyi, Turkiyənin EGE Araşdırma İnstitutunda keçirlən Beynəlxalq səviyyəli təlim kursunda iştrak etmişdir

19-30.04.2018 tarixlərində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi İşçisi Aslanova Könül Kamilpaşa qızı İCARDA-nın təşkil etdiyi, Türkiyənin EGE Araşdırma Institutunda keçirlən beynəlxalq səviyyəli təlim  kursunda  iştrak etdi. Təlim kursunda Mərkəzi Asya və Yaxın Şərqdən olan tələbələr iştrak etmişlər. Kursun məqsədi Buğda bitkisinin təhlükəli xəstəliklərindən olan pas xəstəliklərinin yayılması, qiymətləndirilməsi və ras tərkibinin öyrənilməsi metodları, monitorinqlərin aparılması, dünyada iş prinsipinə və mexanizminə görə ən böyük və ilk laboratoriya ilə tanışlıq və bu xəstəliklə molekulyar səviyyədə işlərin aparılması haqqında biliklərə yiyələnmək və bir çox alimlərin təcrübələrini öyrənmək idi. Sonda kursu bitirənlərə sertifikatlar təqdim olundu.

© 2020 Əkinçilik ETİ