Xəbərlər

Əkinçilik ET İnstitutunda Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram çərçivəsində milli səyyar seminar həyata keçirilir

Əkinçilik ET İnstitutunda 21-23.05.2018  tarixlərini əhatə edən Payızlıq buğdanın seleksiyasına həsr edilmiş milli səyyar seminarın ilk gününün açılışı həyata keçirildi. Seminar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik ET İnstitutu, Türkiyə Respublikası SİMMİT və İKARDA-nın birgə təşkilarçılığı əsasında təşkil olunmuşdur. Seminarda Əkinçilik ET İnstitutun elmi kollektivi, kənd təsərrüfatı mütəxəssisləri ilə bərabər SİMMİT və İKARDA-nı təmsil edən mütəxəssislər də iştirak edirdilər. Əkinçilik ET İnstitutunun direktoru  Cavanşir Təlai seminarı giriş nitqi ilə açaraq seminar iştirakçılarını salamladı. O, bildirdi ki, Əkinçilik ET İnstitutu SİMMİT  və İKARDA ilə uzun müddətdir ki, əməkdaşlıq edir, həmçinin inteqrasiya, ünsiyyət və əlaqələri günü-gündən genişləndirir. Seminarın məqsədi Azərbaycanın aqroekoloji bölgələrində genetik materialların, sortların seçilməsi və bu kimi işlər həyata keçirərək ərzaq təhlükəsizliyinə müsbət təsir göstərməkdir. C.Təlai SİMMİT-in təmsilçisi Aleksey Marqunovu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə uzun müddətli əməkdaşlıq etdiyinə və hər zaman dəstək olduğuna görə Fəxri Fərmanla təltif etdi. Bu seminar günlərində də A. Marqunov Abşeron, Qobustan, Bərdə, Tərtər Bölgə Təcrübə Stansiyalarında buğda əkinlərinin qiymətləndirilməsi işində bizə yardımçı olacaq və öz tövsiyələrini verəcəkdir. Bu tipli seminarların keçirilməsi işimizə öz müsbət təsirini göstərir. Sonra C. Təlai “Payızlıq buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqramın gələcək üçün strategiyası” mövzusunda təqdimatla çıxış etmək üçün sözü SİMMİT-in təmsilçisi Aleksey Marqunova verdi. Maraqlı təqdimatdan sonra seminar iştirakçıları onları maraqlandıran suallarla A.Morqunova müraciət etdilər və ətraflı cavab aldılar. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki seleksiyası şöbəsinin müdiri Abidin Abdullayev isə “Azərbaycanda bərk və yumşaq buğdanın seleksiyası mövzusunda təqdimatla çıxış etdi. Seminarın davamında Milli seleksiya və İWWİP proqramı çərçivəsində Abşeronda qoyulmuş tarla təcrübələrinə baxış keçirildi, qrup foto çəkilişi oldu. Daha sonra seminar iştirakçıları AMEA-nın Genetik Ehtiyyatlar İnstitutuna yollandılar.  

 Növbəti günlər ərzində seminar proqramına əsasən Əkinçilik  ET İnstitutunun Qobustan və Tərtər BTS-də Milli Seleksiya və İWWİP proqramı çərçivəsində dəmyə və suvarma şəraitində payızlıq buğdalarla qoyulmuş tarla təcrübələrinə baxış, stansiyanın toxumçuluq fəaliyyəti ilə tanışlıq həyata keçiriləcəkdir. Sonda seminar iştirakçıları Bakıya, SİMMİT və İKARDA-nı təmsil edən mütəxəssislər isə Gürcüstana yola düşəcəklər.

 

 

 

© 2020 Əkinçilik ETİ