Xəbərlər

İnstitutun əməkdaşları Gəncə Dövlət Universitetində keçirilən Beynəlxalq konfransda iştirak etdilər

      İnstitutun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Hümmətov və ümumi işlər üzrə direktor müavini a.e.ü.f.d. Şikar Əhmədov 04-05 may 2018-ci il tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etdilər. Konfransda Azərbaycan, Türkiyə və Rusiyadan 120-dən çox nümayəndə iştirak edirdi. Plenar və 17 müxtəlif elmi istiqaməti özündə birləşdirən bölmə iclaslarında üzvi, qeyri-üzvi və neft kimyasının, aqrar elmlərin, botanikanın, ümumi biologiyanın, zoologiyanın, ekologiyanın, mikrobiologiyanın, coğrafiyanın, molekulyar fizika və bioloji sistemlər fizikasının və iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş 100-dən çox məruzə dinlənildi.Nizami Hümmətovun “Torpağın struktur vəziyyətinin və aqreqat tərkibinin qiymətləndirilməsi” və Şikar Əhmədovun “Dənli və dənli-paxlalı bitkilərdən ibarət qısa rotasiyalı növbəli və fasiləsiz əkinlərdə bitkilərin aqrobotaniki və iqtisadi səmərəlilik göstəriciləri” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və geniş müzakirəyə səbəb oldu.    

© 2020 Əkinçilik ETİ