Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında təlim seminar keçirildi

25.05.2018 tarixində Əkinçilik  Elmi-Tədqiqat İnstitunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Payızlıq buğdanin becərilməsində resursqoruyucu texnologiyaların tətbiqinin üstünlüklərinin nümayişi” mövzusunda təlim seminar keçirildi. Seminarda 40-dan cox fermer, heyvandarlıq komplekslərinin nümayəndələri, ailə-kəndli təsərrüfat sahibləri, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin mütəxəssisləri iştirak edirdilər. Təlim seminarı Əkinçilik ET İnstitutunun İstehsalat üzrə direktor müavini  Atif  Zamanov açdı. A.Zamanov seminar iştirakçılarını  salamlayaraq bu cür seminarların keçirilməsinin Əkinçilik ET İnstitutunda ənənəvi hal olduğunu qeyd edərək, əməkdaşlarımızın daim fermerlərin yanında olduğunu vurğuladı. Sonra çıxış üçün söz Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayevə  verildi. M.Babayev seminar iştirakçılarını salamlayaraq Azərbaycan dövlətinin aqrar siyasətini şərh etdi, fermerlərə dövlət qayğısının müxtəlif məqamlarını göstərdi, bu seminarların kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında əhəmiyyətini xüsusi vurğuladı. Sonra cıxış ücün iştirakcılara söz verildi və Tərtər BTS-in direktoru Həqiqət Həşimova “Cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğda səpini üçün torpağın becərilməsi”  mövzusunda çıxış edərək müxtəlif cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğdanın səpini üçün torpağın hazırlanması qaydası haqqında maraqlı məlumatlar verdi, məhsuldarlığın artırılmasında növbəli əkin sisteminin əhəmiyyətini xüsusi qeyd etdi. Əkinçilik ET İnstitutunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev  “Payızlıq buğda bitkisi üçün tirəli səpin texnologiyasının  üstünlükləri” mövzusunda çıxış edərək tirəli səpin üsulunun  toxuma, suya və işçi qüvvəsinə qənaət etdiyini qeyd edərək bu üsulla alaqların mexaniki yolla məhv edildiyini, pestisidlərdən az istifadə edildiyin də əsaslandırdı. Əkinçilik ET İnstitutunun davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin elmi işçisi Nəriman Seyidov “Növbəli əkin tarlalarında becərilən bitkilərdən asılı olaraq torpağın becərilmə xüsusiyyətləri” və “Payızlıq buğda bitkisi üçün minimal torpaq becərmələrinin üstünlükləri” mövzuları üzrə cıxışlar etdi. N.Seyidov çıxışında müxtəlif tarlalı növbəli əkin sistemlərindən, onların əhəmiyyətindən, bitkilərin tarlada yerləşməsindən və qanunauyğunluqlarından danışaraq, məhsul istehsalında bunların rolunu xüsusi qeyd etdi. Sonra torpağın sıfır, minimal və ənənəvi becərmə üsullarını iqtisadi cəhətdən şərh edərək seminar iştirakçılarına məlumat verdi. Mövzular ətrafında müzakirə davam etdi. Fermerləri maraqlandıran suallara müvafiq qaydada cavablandırıldı. Seminar öz işini tarla şəraitində davam etdirdi. İlk növbədə seminar iştirakçıları Əkinçilk ET İnstitutunun Tərtər BTS-də yaradılmış taxıl sortlarının sərgi əkinlərinə baxış keçirdi və sortlar haqqında iştirakçılara ətraflı məlumatlar verildi. Tarla şəraitində seminar Tərtər BTS-in becərilmə texnologiyası şöbəsinin sahəsində davam etdirildi. Burada iştirakşılar əyani surətdə tirəli səpin üsullarının, sıfır, minimal və ənənəvi becərmə qaydaları ilə səpilmiş, müxtəlif səpin və gübrə normalarının taxıl bitkisinə təsirini əyani şəkildə gördülər. Eyni zamanda tarla şəraitində fermerləri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı və bununla da seminar öz işini başa çatdırdı.

© 2020 Əkinçilik ETİ