Xəbərlər

Əkincilik ET İnstitutunda aparıcı təşkilat olaraq dissertasiya işinin müzakirəsi kecirildi

06.06.2018 tarixində Əkinçilik ET İnstitutunda Azərbaycan Dövlət Aqrar Universitetindəki FD.04.131 Dissertasiya şurasının qərarı ilə 21 iyun 2018-ci ildə müdafiə edən Ağayev Cəbrayil Təzəxanoğlunun 3103.06-“Bitki mühafizəsi” ixtisasında aqrar elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin aparıcı təşkilat olaraq müzakirəsi keçirildi. Əkincilik ET İnstitutunun direktoru Cavanşir Təlai sədrlik etdiyi Elmi şuranın iclasını açıq elan edərək, giriş nitqi ilə çıxış etdi. Sonra C.Təlai sözü müdafiə edən C.T.Ağayevə verdi. “Azərbaycanda yayılan badımcançiçəklilər (Solanaceae juss.) fəsiləsinə aid bitkilərin xəstəlikləri və onlara qarşı inteqrir mübarizə tədbirləri”mövzusu üzrə çıxış edən C.T.Ağayevin təqdimatı maraqla dinlənildi. Mövzu ətrafında suallar səsləndirildi və elmi  müzakirələr aparıldı. Sonra institutun direktoru C.Təlai cari məsələlər və qarşıda duran vəzifələrdən ətraflı olaraq bəhs etdi. O, vurğuladı ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün hər zaman olduğu kimi yenə də müvəffəqiyyətlə çalışmalı, yeni nailiyyətlər əldə etməli, gənc kadrlar yetişdirməli, sabaha öz töhvələrimizi verməliyik və s. C.Təlai bütün iştirakçılara uğurlar dilədi. Elmi şuranın işi başa çatdı.

 

 

 

© 2020 Əkinçilik ETİ