Xəbərlər

Qobustan Bölgə Təcrübə Stansiyasında təlim seminar keçirildi

08.06.2018 tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında “Səmərəli mineral gübrə normalarının payızlıq buğdanın məhsuldarlığına və keyfiyyətinin artırılmasına təsiri” mövzusdunda seminar keçirildi. Seminarda yerli torpaq sahibkarları, fermerlər, özəl toxumçüluq təsərrüfatlarının nümayəndələri və kənd təsərrüfatı idarələrinin mütəxəssisləri iştirak edirdilər. Təlim seminarı Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov acdı. O seminar iştirakçılarını  salamlayaraq  bu kimi təlim seminarların əhəmiyyətindən bəhs etdi. Acılışın davamında çıxış üçün söz  Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlaiyə verildi. C.Təlai günün tələblərinə uyğun olaraq aktual məsələlər ətrafında   geniş və məzmunlu cıxış etdi. Sonra Rusiya Federasiyasının “Avropa Xim Treydinq Rus” MMC şirkətinin təmsilçisi Serqey Kijapkin “KAC-32 gübrəsinin verilməsi qaydaları və üstünlükləri haqqında ”, Əkinçilik ET  İnstitutunun “Torpaq və bitki analizləri laboratoriyası”nın müdiri İmrəli Hacıməmmədov “Payızlıq buğda əkinlərində yeni KAC-32 gübrəsinin tətbiqinin  məhsuldarlığa və keyiyyətə təsirinin öyrənilməsi”, Əkinçilik ET İnstitunun “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi”nin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev “Nəmlikdən asılı olaraq qida maddələrinin mənimsənilməsi və düzgün gübrə normalarının müəyyən edilməsi”, Əkinçilik ET İnstitunun “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə  Həsənova “Optimal gübrə normalarının payızlıq buğda bitkisinin məhsuladarlığına və onun çörək keyfiyyətinə təsiri”, Əkinçilik ET İnstitunun “Xəstəlik və zərərvericilərə nəzarət”  laboratoriyasının aparıcı elmi işçisi Etibar İbrahimov “Buğda bitkisinin əsas xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərinin aparılması” mövzularında cıxış etdilər. Əkinçilik ET İnstitutunun təşkilatçılığı ilə keçirilən təlim-seminar, iştirakcılar tərəfindən yüksək qiymətləndirildi və belə seminarların fermerlər üçün əhəmiyyətli olduğunu qeyd etdilər. Sonra seminar iştirakçıları Əkinçilk ET İnstitutunun Qobustan BTS-də təcrübə sahələrinə baxış keçirdilər və bununla da seminar öz işini başa çatdırdı.

 

 

© 2020 Əkinçilik ETİ