Xəbərlər

İnstitut əməkdaşları akademik Cəlal Əliyevin 90 illiynə həsr olunmuş elmi-nəzəri konfransda iştirak etdilər

30 iyun 2018-ci il tarixində Gəncə şəhərində Azərbyacan Dövlət Aqrar Universitetində akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 3 əməkdaşı iştirak etmişdir. Konfransı giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin inkişafında, yeni sahələrinin yaranmasında, elmi kadrların hazırlanmasında rolu haqqında ətraflı məlumat verdi. Daha sonra söz konfransa qonaq qismində qatılmış AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Ə.Ç.Məmmədova, fotosintezin biokimyası laboratoriyasının müdiri, b.ü.e.d. Ş.M.Bayramova verildi. Onlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə aparılmış müasir elmi tədqiqat istiqamətləri haqqında məlumat verdilər. Əkinçilik Elmi-Tədqiqat İnstitunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri, b.ü.e.d., dosent T.İ.Allahverdiyev akademik Cəlal Əliyevin Əkinçilik Elmi-Tədqiqat İnstitutundakı keçən əsrin 50-ci illərindən başlayan gərgin və məhsuldar elmi fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun İstehsalat üzrə direktor müavini, b.ü.f.d.,dosent A.A.Zamanov, Ümumi işlər üzrə direktor müavini, a.e.ü.f.d. Ş.Əhmədov öz xatirələrini konfrans iştirakçıları ilə bölüşdü. Konfransda AMEA Genetik Ehtiyatlar İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları da akademik Cəlal Əliyev haqqında öz təəssüratlarını bölüşdülər.

© 2020 Əkinçilik ETİ