Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin kiçik elmi işçisi Cümşüdova Humay 5-25 iyun 2018 tarixində Çin Xalq Respublikasının Pekin, Şhenqzhou, Luohe, Tianjin şəhərlərində, Handan şəhərinin Kuzhou Vilayətində keçirilən “Kənd təsərrüfatının Biotexnologiyası” mövzusunda keçirilən təlim seminarında iştirak etdi. Təlim seminar ÇXR-nin Azərbaycan Respublikasındakı Səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ÇXR-nin Kənd Təsərrüfatı Nazirliyi (Ministry of Agriculture and Rural Affairs, P. R. China), ÇXR-nin Milli Aqro-Texnoloji Yayım və Xidmət Mərkəzi (National Agro-Tech Extension and Service Center NATESC) təşkilatları arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Tədbirdə Azərbaycanla yanaşı 53 ölkəni təmsil edən nümayəndələr də iştirak edirdilər. Seminarda yerli mütəxəssislər tərəfindən Çin Xalq Respublikasında kənd təsərrüfatının biotexnologiyasının inkşafı, onun prioritet istiqamətləri və onun idarə olunması mövzularında mühazirələr də deyildi. Həmçinin Cümşüdova Humay seminar müddətində çəltik, qarğıdalı, buğda əkini sahələrində təşkil edilmiş praktiki məşğələlərdə də iştirak etdi. O, burada əkin sahələrindən analiz üçün torpaq nümunələrinin götürülməsi, aqrokimyəvi analiz üsulları və analiz edilmiş torpaq nümunələri bankında torpaq nümunələrinin saxlanılması və torpaq analizi nəticələri əsasında qurulmuş vahid və açıq informasiya bazası haqqında aparılmış işlər barədə geniş diskusiyalı dərslərdə də yaxından iştirak etmişdir. Əkinçilik ET İnstitutundakı torpaq analizləri ilə həmin laboratoriyalardakı analizlər arasındakı oxşar və fərqli üsullar arasında geniş müzakirələr keçirildi. Seminar iştirakçıları tədbirin proqramına əsasən Pekin şəhərindən sonra Çin Xalq Respublikasında digər regionlara da səfər etdilər. Onlar səfər müddətində 8 kənd təsərrüfatı bitkilərin analizi laboratoriyalarında, 1 kənd təsərrüfatı kollecində, 2 kənd təsərrüfatı ali təhsil müəssisələrində oldular. Seminar iştirakçıları toxum bankının fəaliyyəti ilə, o cümlədən toxumların qəbulu, saxlanması üsulları ilə tanış oldular. Burada xəstəlik və zərərvericilərə, həmçinin abiotik stress amillərə davamlı kənd təsərrüfatı bitkiləri toxumlarına dair təqdimatlar  da oldu.Cümşüdova Humay Çin Xalq Respublikasında kənd təsərrüfatının biotexnologiyası ilə məşğul olan müəssisələrdə laboratoriyalardakı cihazlar və mexanizmlərin iş prinsipi, innovativ kənd təsərrüfatı texnikası və onun tətbiq sahələri, kənd təsərrüfatı texnikaları barədə praktiki təlimdə iştirak etdi və verilmiş praktiki tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir. Bununla yanaşı təlimi aparan mütəxəssis və müəllim heyəti ilə yaxından ünsiyyət quran Cümşüdova Humay onlarla Əkinçilik ET İnstitutu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.Seminarın təşkilatçıları tədbirdə fəal iştirakına görə Cümşüdova Humay sertifikatla yanaşı təşəkkür məktubu da təqdim edilmişdir. O, seminar müddətində Azərbaycan, onun kənd təsərrüfatı, elm və təhsili haqqında ölkə təqdimatı ilə çıxış etmişdir. Təqdimat seminar iştirakçılarının marağına səbəb olmuşdur.

© 2020 Əkinçilik ETİ