Xəbərlər

Azərbaycan “Robot-texnika mühəndislik akademiyası”nın yay məktəbinin şagirdləri Əkinçilik ET İnstitutunda ekskursiyada oldular

12.07.2018 tarixində “Robot-texnika mühəndislik akademiyası”nın yay məktəbinin şagirdləri Əkinçilik ET İnstitutunda oldular.Şagirdlərin institutumuza gəlişlərinin məqsədi burada əldə etdikləri elmi bilikləri olimpiyada da maket formasında istifadə etmək olmuşdur. İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov şagirdləri diqqət və qayğı ilə qarşılayaraq onları salamladı. Daha sonra şagirdlərə Akademik Cəlal Əliyevin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi fəaliyyətini özündə əks etdirən muzeydə oldular. Burada C.Əliyevin təcrübə prosesləri zamanı istifadə etdiyi laboratoriya cihazlarları ilə, onun respublikada və xarici ölkələrdə keçirlmiş sərgilərdə, konfranslarda iştirakını, xarici qonaqlarla görüşünü, Qusarçay Bölgə Təcrübə Stansiyasında laboratoriya iş şəraitini və s. əks etdirən fotoşəkillərlə, müəllifi olduğu buğda sortları ilə tanışlıq şagirdlərin marağına səbəb oldu. Şagirdlər “Dənin keyfiyyəti” laboratoriyasında gedən elmi-tədqiqat işlərinə də xüsusi diqqət göstərdilər. Laboratoriya müdiri, a.e.ü.e.d. Qətibə Həsənova tərəfindən laboratoriya avadanlıqları, iş prosesi, dənin keyfiyyəti və s. haqqında onlara bilgilər verdi. Əkincilik ET İnstitutunun yaratdığı buğda sortlarından hazırlanmış çörəyin dadına baxdılar. Sonra şagirdlər “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin laboratoriyasında oldular. Şöbənin müdiri, b.ü.e.d. Tofiq Allahverdiyev onları laboratoriyada aparılan tədqiqat işlərlə, fəaliyyət istiqamətlərilə tanış etdi. Həmçinin səfər müddətində şagirdlər “Torpaq və bitki analizləri” laboratoriyasında da oldular. Sonda Robot-texnika mühəndislik akademiyasının müəllimləri institutun direktoru Cavanşir Təlaiyə və onun rəhbərlik etdiyi bütün kollektivə minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkili çəkildi.

© 2020 Əkinçilik ETİ