Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Ağstafa rayonunda təlim seminarı keçirilmişdir

23 iyul 2018-ci il  tarixdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən institutun Ağstafa rayonunda yerləşən Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında «Yem bitkilərindən (yonca, xaşa) yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyası» mövzusunda təlim seminarı keçirilmişdir.

Seminarı açan Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov ölkə Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına göstərdiyi böyük qayğıdan və Strateji Yol Xəritəsində bu sahənin inkişafının prioritet istiqamətlərindən  danışdı. Elmi əsaslandırılmış dövlət proqramları, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, kənd təsərrüfatı və onun emal məhsullarının istehsalının artırılması, kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan verən elmi təminatın daha da yaxşılaşdırılması üçün institut tərəfindən görülən tədbirlər barədə məlumat verdi.

Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elvin Mustafayev seminar iştirakçılarını salamlayaraq respublikamızda aqrar sahənin son dövrlərdə inkişafından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından ətraflı danışdı. Son illər rayon ərazisində heyvandarlığın inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verdi və heyvandarlığın yem bazasının möhkəmləndirilməsində bu seminarında xüsusi əhəmiyyəti olacağını qeyd etdi.

Seminarın proqramına uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov «Becərmə texnologiyalarının yonca bitkisin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirinin elmi əsasları»,   Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rasib Zeynalov «Becərmə texnologiyalarının xaşa bitkisin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirinin elmi əsasları», Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva «Yem bitkilərinin (yonca və xaşa) calım müddətinin, otun qurudulması və saxlanması üsullarının onun keyfiyyətinə və qidaliliğina təsiri»,  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Ümumi işlər üzrə direktor müaviniŞikar Əhmədov«Yem bitkilərinin becərmə texnalogiyası» mövzusunda çıxış etmişlər. Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının müdiri Vüqar Rəhimov«Ağstafa YTT-də aparılan tədqiqat işləri haqqında»  Təsərrüfatın elmi əməkdaşları Nazilə Əhmədova və Valeh Həsənov isə YTT-də qoyulan təcrübələr haqqında tarla şəraitində ətraflı məlumatlar vermişlər.

Müzakirələr zamanı seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmış və onlara  yonca və xaşa bitkilərinin becərilməsi, vaxtında itkisiz  biçilməsi, tədarükü və saxlanması barədə praktiki bilgilər verilmişdir.

© 2020 Əkinçilik ETİ