Xəbərlər

Əkinçilik Elmi Tədqiqat İnistitutunun Qobustan BTS-də regional müşavirə keçirildi

17 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nazarəti Üzrə Dövlət Xidməti Əkinçilik Elmi Tədqiqat İnistitunun Qobustan BTS-də “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə  taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçirtdi.

Müşavirədə ətraf rayonların 60-a qədər toxumçu fermeri iştirak edirdi. Müşavirəni giriş sözü ilə Bitki Sortlarının Qeydiyyat və Toxum Nəzarəti üzrə Dövlət Xidməti rəisi İmran Cümşüdov açaraq iştirakçıları salamladı və “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Sonra “Yüksək reproduksiyalı dənli və dənlipaxlalı bitki toxumlarının istehsalı” mövzusunda Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov, “Yeni yüksək məhsuldar sortların ilkin toxumçuluğunun təşkili” mövzusunda BTS-in direktoru Atabəy Cahangirov, “Toxumçuluq təsərrüfatlarının standartlara uyğun toxum istehasalı” mövzusunda isə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzovlu çıxış etdilər.

Müşavirənin sonunda Qobustan BTS-də  quraşdırılmış innovativ toxum təmizləmə, dərmanlama və sınaq prosesi ilə əyani tanışlıq oldu. Müşavirədə toxumçuluq sisteminin yeni innovativ qaydalarla təşkil edilməsindən, onun əhəmiyyətindən və bu sistemə dövlət qayğısından ətraflı müzakirələr aparıldı. Müşavirə öz işini yüksək səviyyədə başa vurdu.

 

 

© 2020 Əkinçilik ETİ