Xəbərlər

Əkinçilik Elmi Tədqiqat İnstitutunda İran İslam Respublikasından olan fermerlərlə görüş keçirilmişdir

 29 avqust 2018-ci il tarixində Əkinçilik Elmi Tədqiqat İnstitutunda İran İslam Respublikasının Kənd Təsərrüfatının Nazirinin müşaviri Məsud Heydəryanın rəhbərliyi altında respublikamıza təşrif buyurmuş Girmanşəhr əyalətinin fermerləri ilə görüş keçirilmişdir. Görüşdə ilk növbədə institutun direktoru Cavanşir Təlai qonaqları salamlayaraq institutun tarixi,  əkinçilik ənənələri və nailiyyətləri haqqında qonaqlara geniş informasiya verdi. Sonra qonaqlar Əkinçilik İnstitutunun müvafiq laboratoriyaları ilə tanış oldu, gen bank və muzeyə baxış keçirdi. Laboratoriyada görülən işlər barədə qonaqlara geniş məlumat verildi. Tanışlıqdan sonra institutun aparıcı elmi işçiləri ilə qonaqlar dəyirmi masa arxasında görüşdülər. Dəyirmi masa arxasında tanışlıqdan sonra geniş fikir mübadiləsi aparıldı. Məlum oldu ki, qonaqları daha çox buğda, noxud və yonca bitkiləri maraqlandırır. Maraqlı keçən diskussiyalardan sonra belə qənaətə gəlindi ki, genetik materiallar mübadilə olunsun. İran İslam Respublikasının müvafiq bitki sortları Respublikamızda Əkinçilik İnstitutu tərəfindən sınaqdan keçirilməklə yanaşı, Əkinçilik Elmi Tədqiqat İnstitutunun yaratdığı sortlar isə İran İslam Respublikasında sınaqdan keçirilsin.

Görüş xoş əhval ruhiyyə ilə başa çatdı.

© 2020 Əkinçilik ETİ