Xəbərlər

“Kənd təsərrüfatı istehsalatında elmi–texniki tərəqqinin aktual problemləri” mövzusu üzrə ümumrespublika elmi-praktiki konfransı keçirildi

Azərbaycan Respublikası  Kənd Təsərrüfat Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti “Aqromexanika” Elmi Tədqiqat institutunda 16-17 oktyabr  2018-ci tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik  yubileyinə həsr olunmuş  “Kənd təsərrüfatı istehsalatında elmı –texniki tərəqqinin aktual problemləri ” mövzusu üzrə   ümumrespublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə institutun direktoru  t.f.d. professor Kamil Fətəliyev  açaraq qonaqları salamladı.  Sonra təbriklər  üçün İH-nin nümayəndəsi, ADAU-nun rektoru, AMEA- nın müxbir üzvü,  prof. İbrahim Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi  Fuad Əliyev çıxış etdilər. Sonra plenar məruzəçilər çıxış etdilər. Elmi-praktiki konfrans öz işini müxtəlif bölgələrdə davam etdirmişdir. Tədbirdə Əkinçilk Elmi Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov iştirak etmişdir.

 

© 2020 Əkinçilik ETİ