Xəbərlər

Əkincilik ET İnstitutunda təlimlərlə əlaqədar tədbir keçirildi

23.10.18 tarixində Əkincilik ET İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri Firdovsi Fikrətzadənin iştirakı ilə təlim və təlimcilərə aid tədbir keçirildi. Tədbirın açılışını KTN Təhsil və təlim şöbəsinin müdiri Firdovsi Fikrətzadə edərək, fermerlərlə aparılacaq təlimlər sahəsində mövcüd vəziyyət barəsində iştirakçılara və təlimcilərə geniş məlumat verdi. O, tədbir iştirakçılarına təlimlərin əhəmiyyətindən, qaydalarından, təlim qrafikindən, bu sahədə yaranan yeniliklərdən, perspektivlərdən, təlimlərin aktuallığından və s. bəhs edərək, bütün məsələlərə aydınlıq gətirdi. Sonra Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini, b.ü.f.d., dosent Atif Zamanov “Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlər” mövzusunda təqdimatla çıxış etdi. Təqdimat maraqla dinlənildi. Mövzuya aid müxtəlif suallar və müvafiq cavablar səsləndirildi.

© 2020 Əkinçilik ETİ