Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələri çərçivəsində Əkinçilik ET İnstitutunda Elmi şuranın iclası kecirildi

05.11.2018 tarixində Əkinçilik ET İnstitutundaAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri müsabiqəsi çərçivəsində Elmi şuranın iclası kecirildi. Əkincilik ET institutunun direktoru Cavanşir Təlainin sədrliyi ilə kecirilən iclasda Azərbaycanda aqrar sahədə aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsinin kecirilməsinə dair bir sıra məsələlər, o cümlədən müsabiqənin məqsədi, layihələrin növləri və maliyyələşdirmə həcmi, müsabiqənin prioritet istiqamətləri, keçirilmə müddəti, cari müsabiqənin keçirilməsinin əsas prinsipləri, layihələrin tərtibatı və təqdim olunması, ümumi şərtlər və s. haqqında geniş müzakirələr və fikir mübadiləsi aparıldı.

 

© 2020 Əkinçilik ETİ