Xəbərlər

Əkinçilik ET İnstitutunda illik hesabatların növbəti təqdimatı kecirildi

 

14.01.2019 tarixində Əkinçilik ET İnstitutunda "Bitki seleksiyası" şöbəsinin illik geniş hesabatınin təqdimatı keçirildi. Yığıncağı giriş sözü ilə acan şöbənin müdiri a.e.ü.f.d., dosent Abdin Abdullayev yığıncaq iştirakçılarını salamladı. Sonra, ötən il ömrünün 80-ci ilində dünyasını dəyişmiş, dünya aqrar elminin xəzinəsini zənginləşdirmiş, zəmanəmizin görkəmli seleksiyaçı-toxumçu alimi, ömrünün əlli ildən artıq bir dövrünü müqəddəs nemətimiz olan buğdanın tədqiqatlarına həsr etmiş, Milli Kənd Təsərrüfatı Tədqiqatları Sisteminin inkişafında böyük xidmətləri olmuş, uzun müddət Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmiş, əsl elm fədaisi, ictimai xadimi Əsəd Cənət oğlu Musayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra A. Abdullayev şöbənin fəaliyyətindən bəhs edərək bildirdi ki, şöbədə 5 mövzu, buğda, arpa, qarğıdalı və ərzaq paxlalıları proqramı üzrə elmi-tədqiqat işləri aparılır. Buğda proqramı üzrə elmi-tədqiqat isi aparan elmi əməkdaşlardan Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d. Flora Əhmədova  “Müxtəlif buğda genotiplərinin stress şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi, seleksiyada istifadəsi”, kiçik elmi işçi Əskərli Röya “Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı”, Bitki seleksiyası şöbəsinin aparıcı elmi işçi a.e.ü.f.d.,dosent Rüstəmov Xanbala “Suvarma şəraiti üçün biotik stres amillərinə davamlı, yüksək məhsuldar, makaron və digər texnoloji  keyfiyyətlərə malik payızlıq bərk buğda sortlarının yaradılması, tətbiqi və yayımı”, Qobustan Bölgə Təcrübə Stansiyası, Bitki Seleksiyası şöbəsinin müdiri, b.ü.f.d. Həmidov Həmid ”Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzüsuna aid “Nəmliklə müxtəlif dərəcədə təmin olunmuş bölgələrin müvafiq, aqroekoloji şəraitinə adaptasiya oluna bilən xəstəliklərə davamlı yüksək məhsuldar və keyfiyyətli payızlıq yumşaq və bərk buğda yaradılması, tətbiqi və yayımı” işi üzrə, Şəki Dayaq Məntəqəsi Bitki seleksiyası şöbəsinin k.e.i. Yusifov Emin “Nəmliklə müxtəlif dərəcədə təmin olunmuş bölgələr üçün müvafiq aqroekoloji şəraitdə adaptasiya oluna bilən payızlıq yumşaq və bərk buğda sortlarının yaradılması və tətbiqi”, Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının müdiri, b.ü.f.d Əzizova Namilə “Respublikanın buğda aqrosenozunda zərərvericilərin yayılma səviyyəsinin tətbiqi və əsas növlərə qarşı davamlı buğda genotiplərinin seçilməsi”, aparıcı elmi işçisi, a.e.ü.f.d. İbrahimov  Ehtibar “Respublikanın müxtəlif aqroekoloji bölgələrində buğdanın əsas xəstəliklərinin öyrənilməsi və pas xəstəliklərinə effektiv davamlı genlərdən istifadə etməklə seleksiya üçün davamlı ilkin materialın yaradılması”, Dənin keyfiyyəti laboratoriyasının müdiri a.e.ü.e.d Həsənova Qətibə “Müxtəlif stres amillərinə davamlı, ekiloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması tətbiqi və yayımı”, mövzusunda Bitki seleksiyası şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Abdullayev Abidin  “Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı”mövzusuna aid “Suvarma bölgələri üçün yüksək məhsuldar, keyfiyyətli və biotik streslərə davamlı, çörəkbişirmə sənayesinin tələblərinə cavab verən payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” işi üzrə, arpa proqramı üzrə Bitki seleksiyası şöbəsinin elmi işçi Qəribov Zöhrab “Müasir innovativ əkinçiliyin tələblərinə cavab verən müxtəlif təyinatlı biotik və abiotik amillərə tolerantlı, kompleks təsərrüfat qiymətli əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı”,Qarğıdalı proqramı üzrə Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi, a.e.ü.f.d. Dünyamalıyev Sevindik “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və  ekstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və yayımı”, Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini, b.ü.e.d., dosent Zamanov Atif Yemçilik proqramı üzrə “Yem bitkilərinin genofondunun yaradılması, stress amillərə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilməsi, yeni sortların yaradlması, ilkin toxumçuluğunun təşkili və tətbiqi”, Paxlalı bitkilər proqramı üzrə Bitki fiziologiyası və biotexnologi şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Mirzəyev Rüfət “Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tədqiqi və yayımı” və s. mövzularda elmi işcilərin təqdimatla cıxışları oldu. Sonda Əkinçilik ET İnstitutun direktoru Cavanşir Təlai təqdimatlarla bağlı fikirlərini bildirdi və gələcək elmi-tədqiqat işlərində uğurlar arzuladı.

 

 

 

 

 

 

 

 

© 2020 Əkinçilik ETİ