Xəbərlər

Şelkova aqrokimya kompaniyasının əməkdaşı Əkincilik ET İnstitutunda oldu

21-23.01.2019 tarixlərində Orlov vilayəti, Şelkova aqrokimya kompaniyasının əməkdaşı, k/t.elmləri namizədi Titov Viktor Nikolayevic Əkincilik ET İnstitutunun Səki Dayaq Məntəqəsində, Kürdəmir Təcrübə Sınaq Stansiyasında, Abşeron Yardımçı Təcrübə Təsərrüfatında olmuş, Rusiyadan gətirilən buğda sortlarının müqayisəli əkin sahələrinə baxış kecirmiş və bir sıra müşahidələr aparmış və nəticələr müəyyənləşdirmişdir. Sonra o institutun Bitki fiziologiyası və biotexnologiya şöbəsində, Torpaq və bitki analizləri laboratoriyasında, Dənin keyfiyyəti laboratoriyasında, Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasında olmaqla iş prosesləri, aparılan elmi-tədqiqat işləri ilə maraqlanmış, fikir mübadiləsi aparmışdır. ARB televiziya kanalına Əkincilik ET İnstitutunun ümumi işlər üzrə direktor müavini Əhmədov Şikar və Şelkova aqrokimya kompaniyasının əməkdaşı Titov Viktor Nikolayevic bu barədə müsahibə vermiş və süjet xətti nümayiş olunmuşdur.

© 2020 Əkinçilik ETİ