Xəbərlər

Ucar, Tərtər, Yevlax rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlimlər keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-29 mart 2019-cu il tarixində Ucar, Tərtər, Yevlax rayonları üzrə Dövlət Aqrar İnkişaf  Mərkəzlərində (DAİM) fermerlər ücün təlim kecirilmişdir. Təlimlərdə rayon DAİM-lərin rəisləri ölkə rəhbərliyinin və KTN-nin yerlərdə fermerlərə göstərilən güzəşt və qayğılardan, bu cür təlimlərin əhəmiyyətindən bəhs etmişlər.

Əkinçilik Elmi Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini, b.ü.f.d., dosent Atif Zamanov təlimlərdə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təqdimatla cıxış edərək, respublika ərazisində becərilən taxıl sahələrində məhsuldarlığa və onun keyfiyyətinə mənfi təsir edən amillər və onlara qarşı aparılan tədbirlərin həyata keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Təlimlərdə ümumilikdə 68 fermer iştirak etmişdir.

Təlim maraqla qarşılanmış, geniş müzakirələr aparılmış, fermerləri maraqlandıran sullar ətraflı olaraq cavablandırılmışdır. Tədbirin sonunda fermerlərin fikirləri dinlənilmiş, belə tədbirlərin vaxtında və mütəmadi olaraq təşkil olunması, braşura və təlimatlandırıcı metodikaların paylanması və sahələrə baxış keçirilməsi kimi təkliflər vermişlər.

© 2020 Əkinçilik ETİ