Xəbərlər

Əkinçilik ET İnstitutunda Azərbaycan Respublikasında Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin müvafiq bəndlərinin müzakirəsi kecirildi

12.04.2019 tarixində Əkinçilik ET İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi, Tərəvəzçilik ET, Baytarlıq ET, Üzümçülük ET İnstitutu əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasında Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin müvafiq bəndlərinin müzakirəsinə həsr edilmiş təbdir keçirildi. Tədbiri Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Tariyel Pənahov giriş sözü ilə açaraq Strateyi Yol Xəritəsinin icrası məsələlərindən bəhs etdi. İnstitutların fəaliyyətinin qiymətləndirilməsinin Strateji Yol Xəritəsinin icrasına baglı olacağını vurğuladı. Bildirdi ki, institutlarda gələcək fəaliyyətlərin reallaşdırılması məqsədilə komissiya təşkil olunmalı, işçi qruplar yaradılmalı və təkliflər verilməlidir. Müvafiq qurumlar Strateji Yol Xəritəsinin icrası ilə bağlı institutlarda aparılan işlərə cəlb olunmalıdırlar. Sonra T. Pənahov Strateji Yol Xəritəsinin aidiyyatı bəndlərini ətrafı olaraq təqdimatla izah etmək üçün sözü Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmin Təşkili və Koordinasiya şöbəsinin müdiri Faiq Xudayevə verdi. F.Xudayev Strateji Yol Xəritəsinin müvafiq bəndlərinə: kənd təsərrüfatında elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatı sahəsində elmi tədqiqatların prioritetlərinin müəyyən olunması və nəticəyönümlülüyünün artırılması, elmi tədqiqatların aparılmasının təşviqi mexanizminin işlənib hazırlanması, kənd təsərrüfatı profilli elmi tədqiqat institutlarının müasir laboratoriya, cihaz və avadanlıqlarla təminatının yaxşılaşdırılması, elmi tədqiqatların nəticələrinin informasiya-məsləhət xidmətləri vasitəsilə fermerlərə ötürülməsinin təmin edilməsi və digər bəndlərə aydınlıq gətirdi. F.Xudayev çıxışından sonra iştirakçıların suallarını cavablandırdı. Aqrar Elm və İnnovasiya Mərkəzinin Aqrar tədqiqatlar şöbəsinin müdiri Pərviz Cəfərov işlək mexanizm hazırlanması və sənədləşmə prosesinə bir daha aydınlıq gətirdi. İştirakçılar problemlərini səsləndirdilər. Mövzu üzrə müzakirələr aparıldı.

 

© 2020 Əkinçilik ETİ