Xəbərlər

Əkinçilik ET İnstitutunun gənc alimləri Cəbrayıl rayon Cocuq Mərcanlı kəndini ziyarət etmişlər

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində olan Elmi Tədqiqat İnstitutlarının Gənc alimlər və mütəxəssislər şurasının üzvləri Cəbrayıl rayon Cocuq Mərcanlı kəndini ziyarət etmişlər. Əkinçilik ET İnstitutunun əməkdaşları Məmmədova Həlimə, Əsgərli Röya və İslamzadə Tarıverdi tədbirdə iştirak etmişlər. Tədbir zamanı kənd sakinləri ilə görüş keçirildi və onları maraqlandiran suallar cavablandırıldı. Gənc alimlər və mütəxəssislər öz biliklərinə istinadən onlarla məsləhətlər verdilər. Kənd sakinlərinə becərdikləri bitkilərlə bağlı tövsiyyə xarakterli bukletlər paylanildı. Daha sonra Aqrar sahəyə marağın artırılması məqsədi ilə  məktəblilərlə görüş təşkil olundu. Onlara kitablar və bukletlər hədiyyə verildi. Əkinçilik, Heyvandarlıq, Baytarlıq, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tətqiqat İnstitutlarının Gənc alim və mütəxəssisləri mütəmadi olaraq Cocuq Mərcanlıya baş çəkərək əhaliyə aqroməsləhətlər verəcəklərinə qərar verdilər.

© 2020 Əkinçilik ETİ