Xəbərlər

Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi

24.04.2019 tarixində Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası kecirildi.  Elmi Şuraya sədrlik edən, instututun direktoru  Cavanşir Təlai iclası giriş sozü ilə açaraq görüləcək işlərdən bəhs etdi. Sonra Əkinçilik ET İnstitutunun təsərrüfatlarında yaz əkinlərinin aparılması ilə bağlı məsələlərin müzakirəsi, mövzu planına uyğun olaraq görülmüş işlərə dair 6 aylıq qısa hesabatların təqdim edilməsi, cari ilin 15-17 may tarixlərində Bakıda keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi ilə bağlı məsələlərin müzakirəsi, Əkinçilik ET İnstitutunun elmi əsərlər məcmuəsinin XXX cildinin nəşri və dərc ediləcək məqalələrin tərtibi ilə bağlı və cari məsələlər müzakirə edildi.

 

© 2020 Əkinçilik ETİ