Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Kənd təsərrüfatında mikrobioloji texnologiyanın tətbiqi” mövzusunda elmi seminar kecirildi

29.04.2019 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar kecirildi. Seminarı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov acdı. Çıxış nitqindın sonra o, sözü “Bitki seleksiyası” şöbəsinin kiçik elmi işçisi, gənc tədqiqatcı, alim Nuri Humaya verdi. Nuri Humay “Kənd təsərrüfatında mikrobioloji texnologiyanın tətbiqi” mövzusunda təqdimatla cıxış etdi. O, Kənd təsərrüfatında mikroorqanizmlərin rolu, dünyadakı irəliləyişlər və Azərbaycanda mikrobioloji texnologiya üzrə ətraflı məlumat verərək bildirdi ki, mikroorqanizmlər adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan mikroskopik canlı orqanizmlərdir. Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, yosunlar və ibtidailər daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirlər. Mikroblar adətən təkhüceyrəli, bəzən çoxhüceyrəli (hüceyrə koloniyaları) yaxud hüceyrəvi quruluşa malik olmayan orqanizmlərdir. Ümumən, biodövriyyədə müsbət rol oynasalar da, müəyyən situasiyada onlar insan və canlılarda xəstəlik törədicisi kimi çıxış edirlər. Belə hesab edilir ki, təkamül prosesində mikroorqanizmlər birinci canlı orqanizmlər olmuşlar.

Kənd təsərrüfatında mikroorqanizmlərin fitostimulyasiya, biokontrol agentləri, bioloji bərpa, bio-gübrə, mikrobioloji qarşılıqlı təsirlər kimi rolu olduğunu qeyd etdi. Həmcinin bildirdi ki, azot tərkibli bio-gübrələrin əsas xüsusiyyətləri, bitkinin inkişafını və çiçəkləməsini gücləndirir. Yüksək duzluluğa qarşı tolerantdır. Trikalsiyum fosfatları qismən həll edir və buna görə bitkilər üçün fosforu udub həll etmək prosesini asanlaşdırır. Tətbiq olunan azot gübrəsinin effektivliyini artırmaq üçün digər bitkilərin kök zonalarının ətrafında faydalı maddələrin parçalanma fəaliyyətini artırır, atmosfer azotunu nitrata çevirir, torpağı daha məhsuldar hala gətirir, kimyəvi gübrələrin istifadəsini 20%-ə dək azaldır, məhsuldarlığı 15-25% və daha çox artırır.

Fəaliyyət mexanizmlərinə gəldikdə isə məhdud təchizatda, lakin patogenin ehtiyacı olan bəzi qida maddələrinin rəqabəti, mikroorqanizm tərəfindən antibiotik və ya kimyəvi maddələrin buraxılması və patogenə zərərli təsir nəticələri, yırtıcılıq, hiperparazitizm və ya başqa bir orqanizm tərəfindən patogenin birbaşa istifadəsinin digər formaları haqqında da fikirlərini seminar iştirakcılarının diqqətinə catdırdı. Sonra o, dünyadakı inkişafdan bəhs edərək bildirdi ki, mikrobioloji məhsullar kənd təsərrüfatı sənayesinin təxminən üçdə ikisini təşkil edir. Kənd təsərrüfatı bioloji məhsulları illik satış təxminən 2,3 milyard ABŞ dolları təşkil etməklə son bir neçə ildə ikiqat satış artımı nümayiş etdirmişdir (Schäfer and Adams, 2015).

Azərbaycanda mikrobioloji texnologiyanın geniş yayılması üçün bu sahənin mütəxəssisləri artırılır və mikrobioloji məhsullar tətbiq olunur. Məsələn, Sumqayıt Kimya və Sənaye Parkında 15 dekabr 2017-ci il tarixində açılmış pestisidlərin istehsalı üzrə yeni zavod həm əhatə etdiyi ərazi, həm də istehsal həcmi baxımından regionda ən böyük müəssisədir. Tam istehsal gücünə çatdıqdan sonra “Aqrokimya Azərbaycan” zavodunun ildə 9 min tondan artıq istehsal gücü ilə bitki mühafizəsi üçün müxtəlif vasitələri istehsal etməsi gözlənilir. Şirkət 158 adda ən yeni məhsul çeşidlərini təqdim edəcək. Bunlardan arasında 37 növ insektisid, 58 növ funqisid, 27 növ herbisid, 14 növ akarisid, 6 növ defoliant, 4 növ boyatma (böyütmə) vasitəsi, 3 növ nematosid və 1 növ moluskosid yer alır.

Elmi seminar maraqla qarşılandı, suallar cavablandırıldı, elmi müzakirələr aparıldı.

 

 

© 2020 Əkinçilik ETİ