Xəbərlər

Yaponiyadan gələn mütəxəssislərlə görüş keçirildi

13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Yaponiyanın “Bakture” tədqiqat Assosiasiyasının direktoru Kenshin Sugiyamanın rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 17 may tarixində Əkinçilik ET İnstitutunda oldular. Görüşdə institutun direktoru Cavanşir Təlai qonaqlara rəhbərlik etdiyi müəssisənin təşkilati strukturu, tədqiqat prioritetləri, mandatına daxil olduğu bitkilər haqqında geniş məlumat verdi. Cənab Kenshin Sugiyama öz çıxışında təmsil olduğu assosiasiyanın istehsal etdiyi üzvi gübrələrin tərkibi, torpaqların münbitliyinin artırılmasında rolu, Azərbaycanda sınaqların aparılmasının əhəmiyyəti barədə məsələlərə ətraflı olaraq toxundu. Görüşün sonunda birgə əməkdaşlığa dair razılığa gəlindi.

 

© 2020 Əkinçilik ETİ