Xəbərlər

Qobustan BTS-də təlim seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 07 iyun 2019-cu il tarixində Qobustan BTS-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi. Təlimi Qobustan BTS-in direktoru Atabəy Cahangirov apardı. Təlimdə Qobustan rayonundan əkinçiliklə məşğul olan 30 nəfər fermer iştirak edirdi. Təlim zamanı iştirakçılara dənli  və  dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işləri, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar göstərilən aqrotexniki qulluqlar barədə məlumatlar verildi. Bundan başqa  müxtəlif  ekoloji mənşəli və yerli buğda sortlarına eləcə də stansiyanın sahəsində çıxarılmış qara herik şumuna baxış keçirilərək, herikdən sonra görüləcək işlər haqqında müzakirələr aparıldı. Təlim zamanı Atabəy Cahangirov iştirakçılar tərəfindən verilən suallara ətraflı cavab verdi, mövzu ətrafında müzakirələr aparıldı.  

© 2020 Əkinçilik ETİ