Xəbərlər

Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

10.06.2019-cu il tarixində Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi.  Elmi Şuraya sədrlik edən institutun direktoru  Cavanşir Təlai iclası giriş sozü ilə açaraq görüləcək işlərdən bəhs etdi. Bildirdi ki, növbəti tədqiqat ilində icra ediləcək mövzularda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə və Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər diqqət mərkəzində olmalıdır. Növbəti tədqiqat ilində icra ediləcək mövzuların respublikanın tələbatına uyğun, innovativ və beynəlxalq səviyyədə müasir standartlara uyğun formada tərtib edilməsi barədə ətraflı məlumat verdi və cari məsələlər müzakirə edildi.

 

© 2020 Əkinçilik ETİ