Xəbərlər

Qusar DAİM-də «Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi

10 iyun  2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiq etdiyi iş planına əsasən Əkinçilik Elmi Tədqiqat İnstitutunun “Otlaq və biçənəklər” şöbəsinin müdiri Rasib Zeynalov Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisində  tarla şəraitində taxılçılıqla məşğul olan 22 fermer və mütəxəssisin iştirakı ilə «Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi və  təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim keçirdi. Təlimdə Rasib Zeynalov dənli və dənli-paxlalı bitkilərin əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasıdan asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi, onların verilməsi qaydaları barədə geniş məlumat vermişdir. Eyni zamanda təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz  yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunmuşdur. 

Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.

© 2020 Əkinçilik ETİ