Xəbərlər

İnstitutun əməkdaşı Çin Xalq Respubilkasında elmi ezamiyyədə oldu

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Xəstəlik və zərərvericilərə nəzarət" laboratoriyasının elmi işçisi Aslanova Könül Kamilpaşa qızı elmi işlə əlaqədar olaraq 40 günlük (14.12.16-22.01.17) Çin Xalq Respubilkasının Northwest A&F Universtetində tədqiqat aparmaq üçün dəvət almışdır. Tədqiqatın əsas məqsədi Azərbaycanın 51 yerli yumşaq və bərk buğda sort nümunələrində sarı pasa qarşı davamlı genlərin molekulyar səviyyədə öyrənilməsi və tədqiqi idi. Universitetin "Bitki mühafizəsi" laboratoriyasının professoru Gangming Zhanın rəhbərliyi altında 51 nümunə sarı pasa qarşı iki çin ayzoleytləri ilə yoluxdurularaq laboratoriya şəraitində qiymətləndirildi və fenotip olaraq davamlı nümunələr seçildi (Cobb şkalasına uyğun olaraq 0-4). Bitki Genomu Tedqiqat laboratoriyasında isə professor Song Weiningin rəhbərliyi altında nümunələr DNA ekstraktı, PCR və elektrofarez edilərək Yr genlərinə görə tədqiq edildi və nəticədə Azərbaycanın bir çox sortlarında sarı pasa davamlı genlər (Yr5, Yr15, Yr9,Yr10, Yr17, Yr18,Yr26) aşkarlandı. Əldə olunan nəticələr seleksiya işlərində sarı pasa davamlı buğda sortlarınınm yaradılması işlərinə cəlb ediləcəkdir.

© 2020 Əkinçilik ETİ