Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsinin 25 illiyi ilə bağlı anım tədbiri keçirildi

Xocalı faciəsinin 25-ci ili ilə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda anım tədbiri keçirildi. Xocalı faciəsi zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktoru Cavanşir Təlai erməni təcavüzkarlarının törətdiyi bu dəhşətli qətliam barədə kədər hissi ilə danışdı. Bildirdi ki, bu faciə insanlığa qarşı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 2500 Xocalı sakinlərindən 63 uşaq, 106 qadın, 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gələrək yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir, 150 nəfəri isə itkin düşdü. Bu qətliam yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.İnstitutun elmi katibi Hacıyeva Sevda Xocalı sakini kimi 26 Fevral Xocalı faciəsinin dəhşətli fəsadlarından danışdı. Daha sonra institutun əməkdaşları, Sevindik Dünyamalıyev, Məzahir Rzayev, Seyfulla Hüseynov, Sevil Abbasquliyeva, Rəhminə Zamanova, gənc əməkdaş Əsmər Həsənova faciənin baş verdiyi zamanların heç vaxt yaddan cıxmayan ağrı acılardan, əliyalın, günahsız insanların qətlə yetirilməsindən, ahı-naləsindən söz acdılar, şerlər söylədilər.Sonda Xocalı faciəsi haqqında videoçarx izlənildi.

© 2020 Əkinçilik ETİ