Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Göyçay rayonu məktəblərində “Gənclərin və ümumtəhsil məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda keçirilmiş təlimlərdə iştirak etdi

Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası 22-24 fevral 2017-cı il tarixlərində Göyçay rayonunun (5 tam orta məktəblərində) 6-cı və 11-ci sinif şagirdləri ilə "Gənclərin və ümumtəhsil məktəb şagirdlərinin aqrar elmə marağının artırılması" mövzusunda təlimlər təşkil edildi. Fevralın 22-də Göyçay rayonunun Qarabağlar tam orta məktəb, Mübariz Məmmədov adına Potu kənd tam orta məktəb və Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbində, fevralın 23-də isə Hacılıkənd tam orta məktəbində və Qarabaqqal tam orta məktəblərində keçirilmiş tədbirdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, a.e.ü.f. doktoru Faiq Xudayev geniş çıxış edərək Aqrar sahə barəsində məlumat verdi. İnstitutumuzun əməkdaşı kiçik elmi işçi İslamzadə Tarıverdi Əkinçilik ET İnstitutunun tarixi, xarici dövlərlə əməkdaşlığı, xarici təşkilatlarla olan əməkdaşlığı və yarandığı tarixdən bu günə kimi əldə etdiyi uğurlar barəsində çıxış etmişdir. Fevralın 24-ü isə "Az-Granata" Ağsu Şirə və Şərab emalı zavodu ilə tanış oldu. Burada Zavodun emal gücü, emal etdikləri məhsullar və 52 dövlətlə yaxın əlaqələri haqqında Gənc Alim və Mütəxəssislər Şurasınınn üzvlərinə məlumat verildi.

© 2020 Əkinçilik ETİ