Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

Cari ilin 06 mart tarixində Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi. Seminarı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov açaraq, seminar ənənəsinin elmi işçilər, o cümlədən doktorant və dissertantlar üçün davam etdiyini vurğuladı. Çıxış üçün "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının" elmi işçisi Könül Aslanovaya söz verdi. K.Aslanova "Azərbaycanda buğdanın pas və ləkəlik xəstəlik törədicilərinin sahib - patogen əlaqələrinin ənənəvi və molekulyar metodlarla öyrənilməsi" mövzusu üzrə maraqlı və geniş təqdimatla çıxış etdi. İnstitutun əməkdaşlarından Q.Həsənova, T. Allahverdiyev, Ə.Adıgözəlov tədqiqata dair öz fikirlərini bildirdilər və onları maqarqandıran suallarla K.Aslanovaya müraciət etdilər. K.Aslanova sualları cavablandırdıqdan sonar, onlar aparılan tədqiqat işinin respublika üçün actual və çox əhəmiyyətli olduğunu qeyd etdilər. Seminarın sonunda Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai çıxış barədə öz fikirlərini şərh etdikdən və bir sıra dəyərli tövsiyələr verdikdən sonar qeyd etdi ki, institutun mövcud buğda sortlarının xəstəliklərə davamlığı kateqorial şəkildə tədqiq edilməli və torpaq-iqlim şəraitindən asılı olaraq xəstəliklərin məhsuldarlığa və keyfiyyətə vurduğu ziyan qiymətləndirməli və sort biomüxtəlifliyindən asılı olaraq molekulyar səviyyədə təsir mexanizmləri işlənməlidir. Sonda seminarın işinə yekun vuruldu.

© 2020 Əkinçilik ETİ