Xəbərlər

Fermerlər ücün keçirilən online təlimlər davam edir

“Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri, a.e.ü.f.d. Sevil Abbasquliyeva “Azərbaycanda yem istehsalı: Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda online təlim kecərək, mövzuya dair bir sıra məsələlərə toxunub və diqqətə çatdırıb ki, heyvan orqanizminin böyüməsinə və normal inkişaf etməsinə, onun məhsuldarlıq keyfiyyətinə, eləcə də istehsal qabiliyyətinə güclü təsir göstərən xarici amillərdən ən əsası yemləmədir, yəni yem və yemləmə heyvan orqanizminə mənşə və cinsdən daha çox təsir göstərir. Elə buna görə də yemlərin kimyəvi tərkibini bilmədən onun qidalılığını, məhsuldarlığa təsirini və iqtisadi səmərəliliyini müəyyən etmək kimi məsələlərin həlli fermerlər üçün vacibdir. Sonra S.Abbasquliyeva yem nədir,yemin tərkibi, yem norması, yaşıl konveyer və s. məsələlərə aydınlıq gətirərək, yem bitkiləri haqqında ətraflı məlumat verib.

https://www.facebook.com/ekinchilik.institutu/videos/233888204386746

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ