“Dənli taxıl bitkilərində mövsümi xəstəliklər“ mövzusunda online təlim keçirilib
13.05.20 tarixində “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi a.e.ü.f.d.dosent Ehtibar İbrahimov “Dənli taxıl bitkilərində mövsümi xəstəliklər“ mövzusunda online təlim keçib. O, maraqlı təqdimat əsasında buğdada sarı pas, qonur pas, zolaqlı və ya gövdə pası, yarpaqların septoriozu, sarı ləkə, buğda sünbüllərinin fuzariozu, buğdanın bərk və ya iylənən sürməsi, toz sürməsi və digər xəstəliklər haqqında ərtaflı məlumat verib. Taxıl bitkilərinin ziyanvericiləri və bitki xəstəliklərinə qarşi mübarizə üsullarindan da bəhs edib.