Xəbərlər

Əkinçilik ET İnstitututu ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib

   05.06.2020  Əkinçilik ET İnstitutunun Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq müqaviləsinə əsasən bərk sürmə xəstəliyinə müxtəlif dərəcədə həssas olan yerli yumşaq buğda sortları toxumunun səpin qabağı işlənməsində ozonlaşdırma texnologiyasının effektivliyinin tədqiqi üzrə Abşeron YTT-da sahə şəraitində Azərbaycanın müxtəlif bölgələrində taxıl əkinlərində sirayətlənmiş sünbüllərdən toplanmış bərk sürmə sporları qarışığı ilə süni sirayətləndirmə apararaq müxtəlif dozalarda ozonlaşdırma tətbiq edilmiş təcrubə əkinlərində infeksiya dərəcəsi qiymətləndirilmişdir.
Təcrübə əkinləlrində tədqiqat obyekti olaraq Qırmızı gül-1, Qobustan, Mətin, Aran, Ağalı, Marxal, Tale-38 və Ruzi-84 sortları götürülmüşdür (8 variant). Qiymətləndirmə “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi, b.e.ü.f.d., dosent Sevinc Məmmədova, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d., dosent Etibar İbrahimov və MAA-nın Konstruktor bürosunun “Biofiziki cihazlar” şöbəsinin rəisi Ənvər İsayev tərəfindən aparılmışdır.


 

© 2020 Əkinçilik ETİ