Xəbərlər

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin əməkdaşları online təlim keçiblər

16.06.20 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin əməkdaşları b.ü.f.d. Sevindik Dünyamalıyev  “Torpaqlardan səmərəli istifadə edilməsində təkrar əkinlərin rolu və əhəmiyyəti” mövzusunda, böyük elmi işçi Rəhminə Zamanova isə “ Müxtəlif yem bitkilərinə edilən aqrotexniki qulluq və təhlükəsizlik qaydalarına əməl edilməsi” mövzusunda online təlim keciblər. Online təlimə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və s. qoşulublar.

  1. Dünyamalıyev təkrar əkinlərdə qarğıdalı bitkisinin böyümə və inkişafına, məhsuldarlığına təsir edən amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, kənd təsərrüfatı bitkilərinin gübrələnməsi, vərdələmə əməliyyatının əhəmiyyəti (dəmyə bölgələrində) və s. istiqamətli məsələlərə aydınlıq gətirib.
  2. Zamanova isə təqdimatla yemin növləri, yemlərin tərkibinə daxil olan qida maddələri, yem bitkilərinin qupları, yem bitkilərinin böyümə inkişaf və məhsuldarlığına təsir edən insan tərəfindən nizamlanan amillər və s. geniş şəkildə izahat verib. Suallar cavablandırılıb, müzakirələr aparılıb.

 

 

 

© 2020 Əkinçilik ETİ