Xəbərlər

Ənənəvi qida məhsullarının seçimi üzrə online rejimdə görüş keçirilib

24.06.2020 tarixində Azərbaycan Respublikası və Avropa İttifaqınin birgə təşkilatçılığı ilə  Ənənəvi Qida Məhsulları ilə bağlı icra olunan (Texniki dəstək) Layihə çərçivəsində Workshop formatinda online rejimdə Ənənəvi qida məhsullarının seçimi üzrə görüş keçirilib. Rəsmi dəvət əsasında Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Nizami Hümmətov və istehsalat üzrə direktor müavini b.ü.f.d., dosent  Atif Zamanov görüşə qatılıblar. Təqdimatçı-Richard Rozwadowski  Ənənəvi Qida Məhsulları üzrə  dəyirmi masanın məqsədi barədə məlumat verib. Sonra təqdimatçı-Mirsahab Mirzoyev tərəfindən araştırmaların təqdimatı və beynəlxalq bazarlarda satışın daha da inkişafı imkanlarına dair sənədlər nəzərdən keçirilib. Müzakirələr aparılıb, rəylər bildirilib. Manfred Schuessel (TL) iştirakçıların məsləhəti ilə Dəyirmi masanın nəticələrini yekunlaşdırıb. 

 

© 2020 Əkinçilik ETİ