Xəbərlər

Azərbaycanda maralfalfa bitkisinin əkini istiqamətində təhlillər aparılır

Yüksək və keyfiyyətli maralfalfa bitkisinin araşdırılması, Azərbaycana gətirilməsi, fermer təsərrüfatlarına çıxışının təmin edilməsi ilk olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevə həvalə olunub. Bu məsələ ilə bağlı institutun mütəxəssisi Sevil Abbasquliyeva tərəfindən araşdırma aparılıb.

Bununla yanaşı, qeyd edilən sahə üzrə mütəxəssis, Dominikan Respublikasının Semilleros Proqreso Maralfalfa S.R.L. Şirkətinin təsisçisi Pedro Avila Pichardo Azərbaycana dəvət olunub. Səfərin əsas məqsəd bu bitki üçün spesifik olan isti və mülayim, eləcə də bitkiyə məxsus olan yüksək və keyfiyyətli məhsulun əldə edilməsini təmin edəcək bölgələrin seçilməsidir. Azərbaycanın müxtəlif bölgələrində bitki üçün əhəmiyyətli torpaq iqlim şəraitinin olduğunu qeyd edilib, lakin Lənkəran, Abşeron, Tərtər və Gəncə iqtisadi rayonları üçün daha uyğun olduğu vurğulanıb.

Ümumiyyətlə, maralfalfa hündürlüyü 3 ilə 4,5 metrə qədər olan 7 bitkinin hibridləşməsi nəticəsində yüksək böyüməyə malik zülallarla zəngin bir yem bitkisidir. Toxum vermək qabiliyyətinə malik olmayan bitki yalnız anaç bitkilərindən əldə edilən çiliklərlə istehsal edilə bilər. Yəni bitkinin hər hansı çiliyindən alınmır. Mənfi 18-25 dərəcəyə qədər quraqlığa davamlı olan maralfalfa. çoxillik bitkidir orta hesabla 16-18 il yaşaya bilir.Mülayim iqlimdə ildə 5-6, quraq iqlimdə isə 3-4 dəfə yığım olur. Bitki ilk yığımda 150, ikinci yığımda 180, 3-cü yığımda isə 230 ton məhsul verir. Tərkibindəki zəngin qida elementləri sayəsində heyvandarlıqda qaba və konsentrasiyalı yemləri aradan qaldıraraq daha yüksək kökəlmə performansı əldə edilir. Maralfalfa yalnız Kolumbiya Universitetinin medel kampusunda istehsal olunur. Kənd təsərrüfatı və heyvandarlıq sektorunda bütün ölkədə maralfalfa kimi populyarlaşmağa çalışılan bitkilərdən heç biri təəssüf ki, maralfalfa deyil, aralıq məhsullar və buna bənzər bitkilərdir.

Maralfalfa bitkisi üzrə ən yaxşı məhsuldarlıq dünya üzrə Tayland və Braziliyada əldə edilir. Bitki əkildikdən 3-4 il sonra iqtisadi cəhətdən faydalı olur. Mütəxəssislərin apardığı tədqiqatlara əsasən maralfalfa üçün ən uyğun iqlim şəraiti olan il 2015-2020-ci il olub. Dünyada orijinal maralfalfanın qiyməti çox bahadır. Belə ki, 1 hektara 40.000 çilik əkilir, 3 hektar sahəyə uyğun olaraq 120.000 çilik əkilir ki, bunun qiyməti 1 milyon manatdır. Orta və yüksək məhsuldarlıq 5-ci ildən  başlayır. Bu zaman isə 1 hektardan gəlir orta hesabla 70 min dollar təşkil edir. Əlbəttə burda yüksək və düzgün aqrotexniki qulluq qaydaları vacib rol oynayır. Azərbaycanda da maralfalfanın əkininin həyata keçirilməsində əsas məqsəd heyvandarlığın yem bazasının möhkəmləndirilməsidir. 

© 2020 Əkinçilik ETİ