Xəbərlər

KTN-nin ”Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin əməkdaşları Əkinçilik ET İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyinin ”Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov və nazirliyin digər əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kollektivlə görüşüblər. F.Kərimov cıxış edərək günün aktual məsələlərindən, problemlərdən və onların həlli yollarından bəhs edib. Əkinçilik ET İnstitutunun əməkdaşlar tərəfindən verilən bir sıra suallar cavablandırılıb və həlli yollarına aydınlıq gətirilib.

Sonra Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev institutun fəaliyyətinə dair mühüm məsələlərdən danışıb.
Görüşün sonunda müzakirələr və fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ