Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC ilə Əkinçilik ET İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Kənd Təsərrüfatı Nazirliyi Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi kənd təsərrüfatı bitkilərinin yerli sortlarının toxumçuluğu sahəsində səmərəliliyin artırılması, o cümlədən Əkinçilik ET İnstitutu tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmış sortların orijinal, superelit və elit kateqoriyalı toxum istehsalının intensiv artırılması və bu sahədə innovativ texnologiyaların qarşılıqlı mübadiləsi sahəsində fəaliyyətləri birgə koordinasiya etmək məqsədilə fəaliyyət göstərməkdən ibarətdir.
Əməkdaşlığın istiqamətlərini dənli taxıl, yem bitkiləri və çəltik bitkisinin yerli və introduksiya olunmuş sortlarının orijinal, super elit və elit reproduksiyalı toxumlarının intensiv artırılması, mümkün aqrotexnoloji təcrübələrin həyata keçirilməsi, kadr hazırlığı sahəsində əməkdaşlığın və informasiya mübadiləsinin artırılması,  bu sahədə innovativ texnologiyaların qarşılıqlı mübadiləsi sahəsində fəaliyyətləri birgə koordinasiya etmək və s. təşkil edir.
Müqvilədə qeyd olunan əməkdaşlıq istiqamətlərinə uyğun olaraq ilkin toxumçuluğa dair zəruri olan tədbirlərin vaxtında və düzgün qurulması, müxtəlif bitki sortlarına aid orijinal, super elit və elit kateqoriyalı toxumlar əkilən sahələrdə “Tarla günləri”nin təşkili, problemlərin aradan qaldırılması məqsədilə birgə müzakirələrin aparılması və s. tədbirlər həyata keçiriləcək.
© 2020 Əkinçilik ETİ