Xəbərlər

Fermerlər üçün təlim seminar keçirilib

       Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki rayonunda həyata keçirdiyi «Heyvandarlığın inkişafı üçün yem bitkilərinin nümayiş əkinlərinin təşkili və fermer təsərrüfatlarında yayılmasının təbliği» layihəsi çərçivəsində institutun əməkdaşları Rasib Zeynalov və Lətafət Həsənli «Yem bitki sortlarının yem istehsalının artırılmasında əhəmiyyəti» mövzusunda seminarda iştirak ediblər. Seminarda iştirakçı fermerlərə heyvandarlığın bol və yüksək keyfiyyətli yemlə təmin olunmasında yem bitkilərinin rolu və bu məqsədlə həyata keçirilən layihənin ilkin nəticələri barədə geniş məlumat verilib. Bölgə fermerlərinin yem istehsalı sahəsində olan çətinlikləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran suallara müvafiq qaydada aydınlıq gətirilib və onlara yem bitkilərinin becərilməsi, vaxtında itkisiz biçilməsi, tədarükü və saxlanması barədə tövsiyələr verilib.

© 2020 Əkinçilik ETİ