Xəbərlər

Açıq Tarla Platformasının (ATP) Ağdaş rayonu ərazisində əkinləri həyata keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu, “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi (www.azorganik.az) və Etalon Agro MMC-nin birgə layihəsi olan Açıq Tarla Platformasının (ATP) Ağdaş rayonu ərazisində əkinləri həyata keçirilib. Fermerlərimiz bu platformada ayrı-ayrı sortların və aqroqulluq vasitələrinin məhsuldarlığa təsirini müşahiə edə biləcəklər. Qeyd edək ki, platformada bölgə üçün xas olan yerli və xarici sortlardan olmaqla 10 sort buğda, 7 sort arpa nümunələrinin nümayiş əkinləri təşkil olunub. Fermerlər bu nümayiş əkinlərində ayrı-ayrı sortları bir yerdə müşahidə edə biləcəklər. Eyni zamanda fermerlər torpaq analizləri etdirmədən ənənəvi gübrə tətbiqi olunan sahə ilə torpaq analizləri olunan sahələrin nəticələrinə uyğun tətbiq olunmuş gübrə normaları ilə əkilmiş sahələrin müqayisəli əkinləri ilə tanış olacaqlar. 

© 2020 Əkinçilik ETİ