Xəbərlər

“Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin illik hesabatlarının təqdimatı keçirilib

      Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin 2021-ci ilə dair illik geniş hesabatlarının təqdimatı keçirilib.  İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov şöbə haqqında aktual məsələlərdən bəhs edib.  Söbə müdiri a.e.ü.f.d., dosent Məzahir Rzayev “Bölgələr üzrə əkinçilikdə innovativ becərmə terxnologiyalarının elmi və praktiki əsaslarının işlənməsi” mövzusu üzrə şöbənin illik fəaliyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, dayanıqlı istehsal və ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaqdan düzgün və səmərəli istifadənin, eləcə də bölgələr üzrə müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirməsinin ən mühüm məsələlərdən biri olduğunu nəzərə alaraq bioloji müxtəlifliyi, ətraf mühitin mühafizəsini təmin edən qısa rotasiyalı əkin dövriyyəsinin bitkilərin məhsuldarlığına təsirini öyrənmək məqsədilə 2021-2023-cü illərdə Abşeronun suvarma şəraitində təcrübə-tədqiqat işləri aparmaq qərara alınıb. Tədqiqatın məqsədi vəsaitə qənaət edən yeni innovativ becərmə texnologiyası olan tirəli səpin üsulunun yeni yaradılmış “Onur”, “Diabar”  yumşaq və “Comərd” bərk buğda sortlarının müxtəlif səpin normaları və qida şəraitindəki məhsuldarlığına təsirinin öyrənilməsindən ibarətdir.
     Hesabatın sonunda mövzular üzrə suallar və cavablar səsləndirilib, ətraflı müzakirələr aparılıb, geniş illik hesabat yekdilliklə qəbul olunub.
© 2020 Əkinçilik ETİ