Xəbərlər

“Yonca bitkisinin becərmə texnologiyası” mövzusunda onlayn təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin, Təlim və inkişaf sektorunun təşkilatçılığı ilə "Ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin inkişafı" layihəsi çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Aytən Qədimova “Yonca bitkisinin becərmə texnologiyası” mövzusunda onlayn təlim keçib. 
Təlimdə Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Masallı, Neftçala, Oğuz və digər rayonlar olmaqla 30 Dövlət Aqrar İnkişaf Mərkəzinin 94 əməkdaşı iştirak ediblər. 
Təlimin sonunda suallar cavablandırılıb və təkliflər səsləndirilib.
© 2020 Əkinçilik ETİ