Xəbərlər

Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihəsi həyata keçirilir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən ölkəmizdə «Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi (GCP/AZE/007/GFF)» layihəsi həyata keçirilir. Layihə çərçivəsində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında «Ağdaş və Zərdab rayonlarında otlaqların bərpası tədbirləri» mövzusunda müqavilə bağlanıb. Müqaviləyə əsasən Əkinçilik ET İnstitutu layihənin bir komponenti olan meşəətrafı ərazilərdə otlaqlarda yaxşılaşdırma işlərinin aparılmasını öz öhdəsinə götürüb. Bu məqsədlə Ağdaş rayonunun Ərəbşəki və Otmanoba kəndlərinin hər birində 50 ha olmaqla (cəmi 100 ha) otlaq sahələrində yaxşılaşdırma işləri aparıb. Layihənin başa çatması ilə əlaqədar nəticələrin qiymətləndirilməsi üçün FAO-nun ekspertləri xanım Nelli Dolidze və cənab Ruslan Salmanov layihənin həyata keçirildiyi yerlərdə olublar. Bununla əlaqədar olaraq həmin ekspert qrupu İnstitutda layihə nəticələrini müzakirə edib və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, otlaqların bərpası üzrə işçi qrupunun rəhbəri və institutun istehsalat üzrə direktor müavini Atif Zamanov, otlaqların bərpası üzrə layihənin milli eksperti Rasib Zeynalov iştirak ediblər.
© 2020 Əkinçilik ETİ