Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı “İnnovasiya Festivalı”nda iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı”nın növbəti məkanı Füzuli rayonu olub.
Festivalda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva təmsil edib. 
Festivalda daş toplayan, daş xırdalayan, press bağlayan, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib. 
S.Abbasquliyeva tədbir zamanı iştirakçılara ənənəvi və qeyri-ənənəvi ərzaq, yem və texniki bitkilər, yaşıl yemə daha çox tələbat olduğu dövrdə keyfiyyətli yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib. 
Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa, həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib.
Eyni zamanda tədbirdə soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib. 
Qeyd edək ki, bu gübrədən əkin sahəsi üçün məhsuldarlığı artıran üzvi maddə kimi də istifadə olunur.
Ətraflı videoreportajlar
© 2020 Əkinçilik ETİ