Xəbərlər

“Zərərvericilərə qarşı İnteqrir Mübarizə: buğda, arpa, pambıq və yonca bitkiləri” mövzusunda təlim keçirilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq şəraitində “Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi” (ECOserve) proqramı çərçivəsində “Zərərvericilərə qarşı İnteqrir Mübarizə: buğda, arpa, pambıq və yonca bitkiləri” mövzusunda onlayn formatda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları zərərvericilərə qarşı mübarizə üsulları, bu sahədə ölkədə mövcud vəziyyət və tətbiq edilən yanaşmalar  haqqında məlumatlandırmaq, pestisidlərin təsnifatı (ÜST, beynəlxalq  konvensiyalar, yüksək təhlükəli pestisidlər, Aİ qeydiyyatlı) ilə tanış etmək, buğda, arpa, pambıq və yonca bitkisinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə metodları haqqında maarifləndirməkdən ibarətdir. 

Təlimdə zərərvericilərə qarşı mübarizə sahəsində çalışan əlaqədar hökumət və ictimai qurumların nümayəndələri, aqrar məsləhət xidmətçiləri, o cümlədən  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Namella Əzizova, Sevil Abbasqulieva, Şamama Kərimova, Esmira Hacıyeva iştirak ediblər.  Təlim zamanı nəzəri bilik və praktik təcrübələr paylaşılmaqla yanaşı, interaktiv müzakirələr və sorğular təşkil edilib.

© 2020 Əkinçilik ETİ