Xəbərlər

Tərtər Bölgə Təcrübə Stansiyasında gecikmiş əkin kimi minimal becərmə və tirəyə səpin üsullarının sınağı həyata keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Tərtər Bölgə Təcrübə Stansiyasında gecikmiş əkin kimi minimal becərmə və tirəyə səpin üsullarının sınağı həyata keçirilib.  Sınaq səpinlərində institutun direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Atif Zamanov və Tərtər BTS-in direktoru Həqiqət Həşimova və təsərrüfatın digər işçiləri iştirak ediblər. 
Qeyd edək ki, tirəyə səpin üsulu aşağıdakı üstünlüklərə malikdir:
1. Toxum norması 30-40 % azalır;
2. Suvarma suyuna 25-30 % qənaət olunur;
3. Sahənin fitosanitar vəziyyəti yaxşılaşır;
4. Verilən gübrələrin səmərəliliyi artır;
5. Alaq otlarına qarşı mexaniki mübarizə imkanı yaranır;
6. Bitkilərin qida sahəsi artır, yatmağa davamlılığı yüksəlir;
7. Məhsuldar gövdələrin miqdarı çoxalır;
8. 1000 dənin kütləsi artır;
9.Torpaq becərmələrinin minimuma və sıfıra endirilməsi hesabına enerjiyə 20-30% qənaət olunmaqla rentabellik yüksəlir;
10.Torpaq deqradasiyasının (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s. təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir) qarşısı alınaraq təbii münbitlik bərpa olunur. 
Bu il  səpin müddətində minimal becərmə və tirəyə səpin texnologiyalar tətbiq edilməklə vaxtında səpin aparılıb. İndi isə gecikmiş əkinlərdə bu təcrübə həyata keçirilir. Minimal becərmə və tirəyə səpinin əhəmiyyəti odur ki, gecikmiş əkinlərdə şum aparılarsa, kəltənlər əmələ gəlir, onların quruması uzun müddət aparır. Ona görə də gecikmiş əkinlərdə mütləq minimal becərmə daha əlverişli üsul sayıla bilər. 
Ümumiyyətlə, təcrübənin aparılmasında məqsəd fermerlərə nümayiş əkinləri təqdim etməklə minimal becərmə və tirəli səpinin üstünlüklərini çatdırmaqdan və maarifləndirməkdən ibarətdir. 
Gələcəkdə gecikmiş səpinlərdə bu üsullar yüksək nəticə verərsə ölkəmizdə pambıq əkilən sahələr azad olunan müddətdə bu üsullardan istifadə ediləcək.
© 2020 Əkinçilik ETİ