Xəbərlər

Hollandiyanın “Delphy” şirkətinin nümayəndəsi Əkinçilik ET İnstitutunda rəhbərliklə görüşdü

Cari ilin 22 sentyabr tarixində Hollandiyanın “Delphy” şirkətində icra olunan beynəlxalq layihələrin baş meneceri cənab Mink Vermer Əkinçilik İnstitutunda oldu. O, təmsil olunduğu şirkətin kənd təsərrüfatının müxtəlif sahələri üzrə aparılan  tədqiqatlarda əməkdaşlıqda maraqlı oldularını və bununla əlaqədar bütün sektorlar üçün əlçatan olan xidmətlərin göstərilməsi haqqında ətraflı məlumat verdi. O, şirkətin funksiyasına qida məhsullarının və gülçülük sahəsinin ümumdünya ekspertizası kimi məsələlərin daxil olduğunu, innovativ texnologiyalara dair bilgilərin öz partnyorları ilə bölüşdürülməsi kimi məsələlərin də daxil olduğunu bildirdi.  Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai institutun missiyası, qarşıda durduğu vəzifələri, dənli, dənli-paxlalı və yem bitkiləri sahələrində əldə etdikləri müvəffəqiyyətlər, beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan tədqiqat işləri və sairə haqqında qonağa məlumat verdi.Səfərin gedişində Azərbaycanda k/t-nın bitkiçilik sahəsində, xüsusən də taxılçılıqda mövcud problemlər və həlli yolları haqqında da fikir mübadiləsi aparıldı. Görüşün sonunda hər iki təşkilat arasında birgə əməkdaşlıqda layihələr çərçivəsində tədqiqatların aparılması qərara alındı.

© 2020 Əkinçilik ETİ