Xəbərlər

Əkinçilik Elmi-Təqiqat İnstitutunda 20 yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib

Əkinçilik ET İnstitutunda "Qanlı 20 Yanvar" faciəsinə həsr edilmiş anım tədbiri keçirilib. Anım  tədbiri 20 Yanvar şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Faiq Xudayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar faciəsi” kimi daxil olduğunu qeyd edib və sovet dövlətinin hərb siyasətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliamı Azərbaycan xalqının tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulayıb. O, qeyd edib ki, bu faciə zamanı Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. 20 Yanvar hadisəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suverenliyinə zərbə endirilib. Bununla belə, Qanlı 20 yanvar  müstəqilliyimizə gedən yolda xalqımızın şərəf və qəhramanlıq salnaməsi olduğunu bildirib.

Tədbirə qatılan Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Abdullah Çil çıxış edərək Qanlı Yanvar façiəsi ilə bağlı ürək sözlərini və dərin kədər hissini institutun kollektivinə çatdırıb.
 Tədbirdə institutun əməkdaşlarından Yasin Kərimov, Savalan Seyfəddinov, Aytən Qədimova və b. faciə ilə bağlı xatirələrini bölüşüblər. 

  Tədbirin sonunda “Qanlı 20 Yanvar” faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© 2020 Əkinçilik ETİ