Xəbərlər

Əkinçilik ET İnstitutunda türk mütəxəssisləri tərəfindən keçirilən təlimlər başa çatıb

Əkinçilik ET İnstitutu və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən türk mütəxəssisləri tərəfindən “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasında həyata keçirilən 15 günlük təlimlər başa çatıb.

Təlimlər Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, “Modern Bitki Islahı və Generasyon Atlatma Merkezi”nin müdiri Dr.Ayşe Nuran Çil və laboratoriyanın əməkdaşı Hacer Burun tərəfindən aparılıb.

Təlimlərin başa çatması ilə bağlı keçirilən tədbirdə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək təlimlərin müvəffəqiyyətli gedişatı haqqında ətraflı məlumat verib.
Sonra Dr. Abdullah Çil əməkdaşlıq çərçivəsində həyata keçirilən təlimlərin qarşıdakı əməkdaşlığın başlanğıcı olduğunu və təlimlərin uğurla keçdiyini diqqətə çatdırıb. O, Azərbaycanda olduqlarından və onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlikdən məmnunluq duyduqlarını bildirib.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlarlar təqdim olunub.Türkiyəli mütəxəssislərə institutun rəhbərliyi tərəfindən hədiyyələr bağışlanıb.

© 2020 Əkinçilik ETİ